Xəbər - Orxan Nəbiyev – Trend:
Çinin bəzi regionlarında üç yaşdan 11 yaşadək uşaqların koronavirusa qarşı peyvəndlənməsi başlayacaq.
Trend-in məlumatına görə, bu barədə oktyabrın 24-də Haynan əyalətinin, oktyabrın 25-də isə Hubey əyalətlərinin rəhbərlikləri elan edib.
Bundan başqa, üç yaşdan yuxarı uşaqların vaksinasiyası Çjetszyan və Hunan əyalətlərinin bəzi şəhərlərində keçiriləcək.
Qeyd edək ki, Çində əhalinin vaksinasiyası ötən ilin dekabrında başlayıb. Bu ilin iyulunda isə 12 yaşdan 17 yaşadək yeniyetmələr vaksinasiyaya cəlb olunub.
Bugünədək Çində koronavirusa qarşı 2,24 milyard dozadan çox vaksin vurulub.