Xəbər - Orxan Nəbiyev – Trend:
Çinin Şanxay şəhərində süni intellekt ilk dəfə prokurorluğun ittiham aktının mətnini tərtib edib.
Trend-in məlumatına görə, “rəqəmsal prokuror” ittihamları 97 faiz dəqiqliklə irəli sürür.
Qeyd olunur ki, süni intellekt prokurorluq bacarıqlarını 2015-2020-ci illər ərzində 17 mindən çox məhkəmə işini öyrənməklə əldə edib.
Hazırda “rəqəmsal prokuror” daha geniş yayılmış 8 cinayət üzrə ittiham irəli sürə bilir. Bu aktlara kredit kartları ilə fırıldaq, mərc oyunlarının təşkili, yol-nəqliyyat qaydaları, oğurluq kimi qanun pozuntuları daxildir.
Mütəxəssislərin fikrincə, gələcəkdə süni intellekt daha çox ək-səda doğuran qayda pozuntuları ilə bağlı da ittihamlar irəli sürə biləcək.