Çində şok tapıntı: minlərlə dinozavr izi – Foto

Çində şok tapıntı: minlərlə dinozavr izi – Foto

Çinli paleontoloqlar Hebey əyalətində 15 metrlik dinozavrlara məxsus 4300-ə yaxın ayaq izi aşkar ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Alimlər dinozavrların izlərini 9 min kvadratmetrlik ərazidə aşkarlayıblar.

Paleontoloji tapıntılar Xuanxua bölgəsində yerləşir. Böyük dinozavr izlərinin qaldığı qayaların 150 milyon yaşı var.

Teqlər: