Çinin cənubunda yerləşən Beyhay şəhərində sıxılmış təbii qaz stansiyasında yanğın baş verib.
Çinin Mərkəzi televiziyasının verdiyi xəbərə görə, hadisə nəticəsində azı 5 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb, daha bir nəfər itkin düşmüş hesab olunur.
Yanğın nəzarət altına alınıb. Zərərçəkənlərin hamısına tibbi yardım göstərilib. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Yanğının səbəbi müəyyən edilir, araşdırma aparılır.