Çində “Sinovac” vaksininin kütləvi tətbiqinə icazə verilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Çinin Əczaçılıq Məhsullarına Nəzarət üzrə Dövlət İdarəsi “Sinovac Biotech” şirkətinin koronavirus vaksininin kütləvi tətbiqinə icazə verib.

AzerTimes-ın məlumatına görə, bu barədə İdarənin bəyanatında deyilir.

Bundan əvvəl həmin vaksin Çində yüksək risk qrupuna daxil olan şəxslər üçün istifadə olunurdu.

Qeyd edək ki, ötən il “Sinovac Biotech” 600 milyon doza vaksinin istehsalı üçün 500 milyon dollardan çox investisiya cəlb olunduğunu elan etmişdi.

Bu günədək Çində peyvənd olunan insanların sayı 31 milyonu keçib.

Teqlər: