Çinin Ninxia-Huey muxtar rayonunda restoranda partlayış baş verib.
AzerTimes xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Partlayış nəticəsində azı 31 nəfər ölüb, daha 7 nəfər isə yaralanıb.
Hadisənin baş verməsinə qaz sızmasının səbəb olduğu ehtimal edilir.
Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti olduqca ağırdır.
Partlayış yerində polis əməkdaşları cəlb olunub.