“Çin Şərq Hava Yolları” (“China Eastern Airlines”) şirkətinin
martın 21-də qəzaya uğramış “Boeing 737-800” təyyarəsinin qara
qutularından biri tapılıb.
Trend xəbər verir ki, bu barədə axtarış işləri aparan heyət
üzvləri mətbuat konfransında bildiriblər. Qeyd edilib ki,
təyyarənin düşdüyü ərazinin dağlıq və sıx meşəlik olduğundan
axtarış işlərinin çox çətinliklə aparılıb. Ümumiyyətlə, 680 min
kvadratmetr sahəni əhatə edən axtarış işlərinə 2 min nəfər şəxsi
heyət, 100-dən çox texnika, polis və hərbçilər cəlb olunub. Bundan
başqa, axtarış işlərində dronlardan da geniş istifadə edilir.
Hələlik sərnişin və heyət üzvlərindən heç kim tapılmayıb.
Qeyd edək ki, göyərtəsində 123 sərnişin və 9 heyət üzvü olan
təyyarə Çinin Kunmin şəhərindən Quancou şəhəri istiqamətində
uçarkən Quansi Cuan muxtar bölgəsində qəzaya uğrayıb.