Əhalisinin sayı bir milyardı ötən Çində qəribə hadisə baş verib. Hamilə qadın alış-veriş zamanı, elə küçənin ortasında gəzən zaman körpəsini dünyaya gətirib.
Qadının doğuş prosesinin başladığını görən küçədən keçənlər yerə karton açıb, stul gətirib və təcili yardıma xəbər veriblər. Lakin qadın səhiyyə işçiləri gəlib çatmamış körpəsini dünyaya gətirib. Hadisə yerinə gələn həkimlər isə ancaq körpənin göbəyini kəsərək, anasına təhvil veriblər.
Bir neçə dəqiqə sonra isə qadın körpəsini də qucağına alaraq heç nə olmamış kimi yoluna davam edib.