Çində “omikron”-ştammın yeni variantı aşkarlanıb

Çində koronavirusun “omikron”-ştammının yeni alt variantı
aşkarlanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Global Times” qəzeti xəbər
yayıb.

Məlumata əsasən, martın 28-də Çinin şərqində, Tzyansu əyalətində
BA 1.1 alt variantı aşkar edilib.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərindən
bildirilib ki, yeni variant barədə daha çox öyrənmək və araşdırma
aparmaq üçün vaxt lazımdır.