Ölümcül Menkes xəstəliyindən əziyyət çəkən Çindən olan oğlanın atası onun üçün dərman yaradıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “South China Morning Post” qəzeti xəbər verib.
Menkes xəstəliyi böyümənin ləngiməsinə, sinir sistemindəki pozğunluqlara və saçların xarakterik qıvrılmasına səbəb olan ölümcül xəstəlikdir.
Syu Vey adlı kişin oğlundan Menkes xəstəliyi haqqında öyrəndikdən sonra, tək başına eksperimental dərman – histidin mis amin turşusunu sintez edə bilib. Dərman haqqında Syu Vey internet tərcüməçisi vasitəsilə Amerika araşdırma jurnallarını oxuyaraq öyrənib.
Yalnız orta təhsili olan S.Vey əczaçılıq məhsulları istehsal etməyi və keyfiyyətə nəzarət etməyi öyrənməsinə imkan verən dövlət universitet kurslarına yazılıb.
Əvvəlcə siçovullarda, sonra da özündə dərmanı sınayan ata onu oğluna vurdu. Xəstəxanada aparılan müayinə, dərmanın uşağa kömək etdiyini göstərib.