Çinin Dövlət Təhlükəsizlik Nazirliyi Böyük Britaniyaya casusluq edən şəxsi saxlayıb.
AzerTimes xəbər verir ki, müvafiq məlumat Nazirliyin saytında dərc olunub.
“Üçüncü ölkə vətəndaşı Çin tərəfindən Britaniyanın xarici kəşfiyyat xidməti Mİ6-ya casusluq ittihamı ilə saxlanılıb. Huan soyadlı saxlanılan şəxs xarici konsaltinq təşkilatının rəhbəri olarkən dövlət sirlərinə aid sənədləri Britaniya kəşfiyyatına təhvil verib”, – məlumatda deyilir.
Onun İngiltərədə müvafiq təlim keçdiyi, casus avadanlığı ilə təmin edildiyi və Mİ6-nın göstərişi ilə Çinə gəldiyi iddia edilir.