Martın 1-dən aprelin 18-dək Çində 497 mindən çox koronavirusa
yoluxma faktı qeydə alınıb.
Trend-in
məlıumatına görə, bunu ölkənin Gigiyena və Səhiyyə Dövlət
Komitəsinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, koronavirusa yoluxma Çinin Tibet Muxtar
Rayonu istisna olmaqla 31 əyalətin hər birində yayılıb.
Qeyd olunur ki, yaxın zamanlarda ölkədə epidemik vəziyyətin
sabitləşməsi gözlənilir.
Çinli rəsmi bildirib ki, yaxın zamanlarda həmçinin yaşlı
insanların vaksinasiya prosesinin sürətləndirilməsi
planlaşdırılır.
Xatırladaq ki, martın əvvəlindən Çində koronavirusa yoluxma
artdığı üçün bəzi şəhərlərdə, o cümlədən Şanxayda sərt qapanma
tətbiq edib. Bununla belə, yoluxanların böyük əksəriyyəti xəstəliyi
simptomsuz keçirib.