Xəbər - Orxan Nəbiyev – Trend:
Çinin cənub-şərqindəki Şenyan şəhərində supermarketlərin birində satıcı bıçaqla müştərilərə hücum edib.
AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.
Qeyd olunur ki, marketin ət məhsulları şöbəsinin satıcısı müştəri ilə mübahisə edərkən əlindəki bıçaqla onu qətlə yetirib.
O hadisə yerindən uzaqlaşarkən qarşısına çıxanlara zərbələr endirib. Nəticədə 8 nəfər yaralanıb, onlardan biri xəstəxanada həyatını itirib.
Hazırda hücum edən şəxsin axtarışları aparılır.