Çində son sutka ərzində ölkə daxilində COVİD-19-a yoluxanların
sayı 2 388 nəfər təşkil edib.
Trend xəbər verir ki, bu göstərici bir gün əvvəlki rəqəmlərdən
iki dəfə çoxdur.
Daha əvvəl, Çin Xalq Respublikasının Sədri Si Cinpin Siyasi
Büronun daimi komitəsinin iclasında pandemiya ilə mübarizədə
hökuməti daha təsirli tədbirlər görməyə və iqtisadi təsirləri
minimuma endirməyə çağırıb.
Son sutka ərzində Çində koronavirsdan dünyasını dəyişənlər
olmayıb.