Çinin Qirin şəhərində zəhərli qaz sızıntısı səbəbiyndən kimyəvi liflər istehsalı zavodunda beş işçi öldü, daha səkkiz nəfər yaralanıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Sintsinbao” qəzeti bildirib.
Bildirilib ki, hadisə ötən gün yerli vaxtla saat 21:30-da baş verib.
İstintaqın ilkin nəticələrinə görə, hadisənin səbəbi emalatxanalardan birində ventilyasiya avadanlığının qəfil sıradan çıxmasıdır.
Bütün yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin sözlərinə görə, onların həyatların üçün təhlükə yoxdur.