Xəbər - Orxan Nəbiyev – Trend:
Çinin “PetroChina” energetika şirkəti ölkənin cənub-şərqindəki Heyluntszyan əyalətində yerləşən Datsin neft yatağında iri şist nefti ehtiyatları aşkar edib.
Trend-in məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.
Qiymətləndirmələrə əsasən, aşkar olunan şist nefti ehtiyatları 1,268 milyard ton təşkil edir.
Datsin neft-qaz yatağı 1959-cu ildə kəşf olunub. Yataqda mövcud neft və qaz ehtiyatları müvafiq olaraq 5,7 milyard ton və 1 trilyon kubmetrə bərabərdir.