Çində hökumətin koronavirusla mübarizə tədbirlərinə qarşı etirazlar güclənib, etirazçılar hökumət əleyhinə siyasi şüarlar səsələndirirlər.
AzerTimes xəbər verir ki, paytaxt Pekin, eləcə də Şanxay və Nankiq kimi meqapolislərdə on minlərlə etirazçı küçələrə axışıb.
Şanxayda keçirilən etiraz aksiyasında insanlar açıq şəkildə “Si Szinpin, get!”, “Kommunist Partiyası, get” şüarları səsləndiriblər.
Şanxayda keçirilən etiraz aksiyasının iştirakçılarından biri Çində ilk belə genişmiqyaslı etiraz aksiyası olduğunu deyib.