Çində güclü zəlzələ baş verib, ölənlər var

Çinin Şıçuan vilayətində 6 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın məlumatına görə, zəlzələ nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Çin Seysmoloji Araşdırmalar Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ yerli vaxtla saat 04:33 -də Lusyan qəzası ərazisində, Luçjou şəhər dairəsində baş verib. Yeraltı təkanların episentri 10 km dərinlikdə yerləşib.


Yaşayış məntəqələrində əhəmiyyətli dağıntılar barədə bildirilib.