Çinin şimal hissəsində yerləşən Hebey əyalətinin Bodinq şəhərində güclü yağış selə səbəb olub.
AzerTimes xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, daşqınlar nəticəsində 10 nəfər ölüb, 18-i itkin düşüb.
Təxminən 600 min insanın risk altında olduğu bölgədə təxliyə işlərinə başlanılıb. Sel sularının təmizlənməsi işləri davam edir.