Xəbər - Orxan Nəbiyev – Trend:
Çinin cənub-qərbindəki Yunnan əyalətində fillərin miqrasiyası ilə əlaqədar 150 min sakin təxliyə edilib.
Trend-in məlumatına görə, bu barədə əyalətin Meşə və Çöl Təsərrüfatı İdarəsi bildirib.
Qeyd olunub ki, bu ilin yazında öz yaşayış yerlərini tərk etmiş 14 fildən ibarət sürü hazırda geri qayıtmaqdadır.
Əyalət rəhbərliyi fillərin səyahəti boyunca onların marşrutunu diqqətdə saxlayıb və həm heyvanların, həm də insanların təhlükəsizliyi üçün zəruri tədbirlər görüb.
Miqrasiya dövründə vəziyyətə nəzarət məqsədilə 25 mindən çox polis və digər əməkdaş, minə yaxın dron və 1,5 minə yaxın texnika cəlb edilib. Bu müddət ərzində fillərin qidalanması üçün 180 tondan çox qida istifadə edilib.