Çinin Henan vilayətindəki fabrikdə baş verən yanğında ən azı 36 nəfər ölüb.
AzerTimes xəbər verir ki, bu barədə vilayət hökumətinin açıqlamasında bildirilib. Qeyd edilib ki, Anyan şəhərindəki yanğın nəticəsində 2 nəfər itkin düşüb, 2 nəfər isə xəsarət alıb.
Noyabrın 21-də günorta saatlarında başlayan yanğın axşam saat 20:00 radələrində nəzarət altına alınıb.
Hazırda ərazidə axtarış işləri aparılır. Ölü və yaralı sayının artması istisna olunmur.