Çində “Qurani-Kərim” qadağan edildi. İslamafobiya ölkədə geniş vüsət almağa başlayıb.
Ölkənin cənub-şərqindəki Xinjiang vilayətindəki rəsmilər müsəlmanlardan evlərindəki müqəddəs kitabları və ibadətdə istifadə etdikləri əşyaları polisə vermələrini tələb edib. Bunu etməyənlər isə ağır şəkildə cəzalandırılacaqlar.
Dünya Uygur Konqresinin sözcüsü Dilxat açıqlamasında bu barədə məlumat verib. Onun sözlərinə görə, rəsmilər hətta Quranın sürətlərini belə tələb edirlər. Rəsmilərin müraciəti hətta radio və sosial şəbəkələr vasitəsilə edilib.
Çinli rəsmilər düşünürlər ki, “Qurani Kərim” dini təbliğat üçün vasitədir və məhz bunun üçün də onun evdə saxlanması qanunsuzdur.