Çinin Sıçuan bölgəsində 5,7 bal gücündə zəlzələ olub.
AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, zəlzələnin ocağı 60 kilometr dərinlikdə qeydə alınıb.
Yeraltı təkan nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.