Çinin Hubey əyalətində leysan yağışlar səbəbilə güclü daşqınlar baş verib.
AzerTimes-ın “Global Times” qəzetinə istinadən verdiyi məlumata görə, daşqınlar nəticəsində azı 21 nəfər həlak olub, 4 nəfər isə itkin düşüb.
Məlumata əsasən, daşqınlar Lülin şəhərində baş verib. Yağıntının miqdarı bir saat üçün 100 mm ötüb. Suyun səviyyəsi şəhərin bəzi hissələrində 3,5 metr, bəzi hissələrində isə 5 metr təşkil edib.
Əyalətin metereoloji xidməti bildirib ki, leysan yağışlar cümə gününə qədər davam edəcək.
Xatırladaq ki, iyul ayında Çinin Henan əyalətində daşqınlar nəticəsində 302 nəfər ölüb, 50 nəfər isə itkin düşüb.