Çində daşqınlar 100 minə yaxın sakinin təxliyyəsinə səbəb oldu

Çinin Henan vilayəti inzibati mərkəzi Çjenjou şəhərinin 100 minə yaxın sakini daşqın səbəbiylə təxliyyə edilib.

Trend TASS-a istinadən xəbər verir ki, baş verən daşqın şəhər tarixindəki ən güclü təbii fəlakətlərdən biridir.

Xilasetmə işlərinə təxminən 2 min hərbçisi, 6.8 min xilasedici və 1,4 min ədəd texnika cəlb olunub. Daha əvvəl hadisə nəticəsində 12 nəfərin öldüyü bildirilir.

Çjenjou şəhərinin əhalisi təxminən 12,6 milyon nəfər təşkil edir.

Teqlər: