Çin Seysmik Xidməti Sincan-Uyğur Muxtar Rayonunun Aksu bölgəsinin Uşi qəzasında baş verən növbəti zəlzələ barədə məlumat yayıb.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
4,8 maqnitudalı zəlzələ Pekin vaxtı ilə saat 12:01-də baş verib. Zəlzələnin episentri 41,23 dərəcə şimal eni və 78,91 dərəcə şərq uzunluğu koordinatlarında yerləşib.
Xatırladaq ki, daha əvvəl Çinin Qırğızıstan və Qazaxıstanla sərhədində 7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Aksu vilayətindən 121 kilometr qərbdə və Almatıdan 270 kilometr cənub-şərqdə olub.