Ötən sutka ərzində Çində kəskin fazada 1,9 mindən çox yeni
koronavirus xəstəsi və 1,4 mindən çox simptomsuz xəstə aşkar
edilib.
Trend xəbər verir ki, bu barədə Çin Səhiyyə Komitəsi məlumat
yayıb.
Qeyd olunur ki, onlardan müvafiq olaraq 1807 və 1315 yoluxma
halı ölkə daxilində baş verib.
Bir gün əvvəl Çində qeyd olunan göstəricilər 476 və 1048 təşkil
edib. Əhalisi 9 milyon olan Çançun şəhərində koronavirusun
yayılması sıbıbindən karantin elan olunub.
Pandemiya dövründə Çində koronavirusa 115 466 şəxs yoluxub.
Onlardan 4636 nəfəri vəfat edib.