Çində bina çöküb, ən azı beş nəfər həlak olub

Çində yaşayış binasının çökməsi nəticəsində ən azı beş nəfər ölüb, yeddi nəfər yaralanıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb.

Hadisə mərkəzi Hunan əyalətinin Çenjou şəhər dairəsinin Luan qəsəbəsində baş verib.


Binanın çökməsi zamanı 27 nəfərin yaşadığı evdə 12 sakin var olub. Həlak olanların cəsədləri dağıntılar altından çıxarılıb, yaralananlar tibb müəssisələrinə çatdırılıb.

Hadisə yerində 400-dən çox xilasedici, 80-ə yaxın xüsusi texnika cəlb edilibi. Hazırda hadisənin nəticələrinin aradan qaldırılması üzrə işlər davam edir, evin çökməsinin səbəbləri müəyyənləşdirilir.

Teqlər: