Çində baş vermiş zəlzələ nəticəsində dörd nəfər həlak olub

Çinin cənub-qərbindəki Sıçuan əyalətində baş vermiş zəlzələ
nəticəsində dörd nəfər həlak olub.

Trend-in
məlumatına görə, daha 14 nəfərin xəsarət aldığı deyilir.

Zəlzələ bölgəsində xilasetmə işləri üçün 4,5 minə yaxın şəxs
səfərbər olunub.

Xatırladaq ki, bu gün səhər saatlarında Sıçuan əyalətində 6,1
bal gücündə zəlzələ baş vermişdi. Daha sonra 4,5 bala gücündə
təkanlar qeydə alınmışdı. Zəlzələ baş verən bölgədə 1,4 milyon
əhali yaşayır.