Xəbər - Çingiz Səfərli – Trend:
Çində B meymun virusuna (“Monkey B” – BV) yoluxan 53 yaşlı baytar vəfat edib.
AzerTimes xəbər verir ki, ürəkbulanma və qusma şikayətlərindən 1 ay sonra onda yüksək temperatur və nevroloji simptomlar müşahidə olunub. Bir neçə xəstəxanada müayinə olunan şəxs mayın 27-sində həyatını itirib.
Ölümündən sonra aparılan araşdırmalar zamanı onun BV virusuna yoluxduğu təsdiqini tapıb.
Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, adı açıqlanmayan şəxs mart ayında ölmüş 2 meymun üzərində araşdırma apararkən virusa yoluxub. Bu, ölkədə B meymun virusundan ilk ölüm faktı kimi qeydə alınıb.
Qeyd edək ki, virus 1932-ci ildə aşkarlanıb. Bu virusdan ölüm göstəricisi 70-80 faizdir.