Çilidə 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə ABŞ-ın Geoloji xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Ovalye şəhərindən 46,5 km şimal-qərbində olub. Zəlzələnin ocağı 27,2 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.