Çində keçirilən “Sülh və dostluq 2023” birgə hərbi təlimlərində altı Asiya ölkəsindən üç mindən çox hərbçi iştirak edir.
AzerTimes xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Çin, Kamboca, Laos, Malayziya, Tailand və Vyetnamın birgə təlimləri Çinin cənubundakı Quandun əyalətinin Çjamtsyan şəhərində bazar ertəsi səhər başlayıb və noyabrın 22-dək davam edəcək.
İştirakçı ölkələrin hərbi qulluqçuları birgə komanda, terrorla mübarizə və təhlükəsizlik üzrə təlimlər keçirəcəklər.