Çində 5,5 bal gücündə zəlzələ olub

Çinin Qansu əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.

Trend ABŞ Geoloji Xidmətinə istinadən xəbər verir ki, yeraltı
təkanların episentri Tzyutsyuan şəhərindən 174 kilometr
cənub-şərqdə, ocağı isə 13 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat
verilməyib.