Çinin materik hissəsində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib.
Məlumata əsasən, zəlzələnin episentri Quyçjou vilayətinin Lyupanşuy şəhərindən 89 km şimal-şərqdə olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.