Xəbər - Orxan Nəbiyev – Trend:
Çinin şimal-qərbindəki Qansu əyalətində 3,7 milyon əhalisi olan Lançjou şəhəri karantinə bağlanıb.
Trend-in məlumatına görə, buna səbəb şəhər ərazisində koronavirusa yeni yoluxmalarının qeydə alınmasıdır.
Son sutka ərzində qeydə alınmış 29 yoluxmdan 6-sı məhzn Lançjou şəhərində qeydə alınıb.
Məlumata əsasən, oktyabrın 26-dan etibarən sakinlərə zərurət olmadığı halda evdən çıxmaq qadağan edilib. Şəhərə giriş-çıxış bağlanıb.