Çində 218 metrlik göydələn belə yandı – Video

Çində 218 metrlik göydələn belə yandı – Video

Çinin Hunan əyalətinin mərkəzi Çanqşa şəhərində “China Telecom”a aid 42 mərtəbəli göydələndə güclü yanğın baş verib.

AzerTimes Çin mediasına istinadən xəbər verir ki, yanğın qısa zamanda 218 metrlik göydələni tamamən bürüyüb.

280 yanğınsöndürənin müdaxiləsindən sonra yanğın qismən lokallaşdırılıb.

İnsident zamanı ölən, yaxud yaralananlarla bağlı məlumat verilmir.

Teqlər: