Bir qrup silahlı cinayətkar Braziliyanın San Paulo ştatının Arasatuba şəhərində üç bank filialına basqın edərək bir neçə şəxsi götürüb.
AzerTimes-ın məlumatına görə, hadisənin həvəskar video görüntüləri “Globo TV” kanalı tərəfindən yayımlanıb.
Məlumata əsasən, cinayətkarlar polislə atışmalarda canlı sipər olaraq istifadə olunan yoldan keçənləri və avtomobil sürücülərini girov götürüblər.
Üç nəfərin öldüyü məlumdur – iki girov və bir cinayətkar, beş nəfər isə yaralanıb. Qruplaşmanın üç üzvü saxlanılıb.