Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Məcəlləyə yeni 47.2-1-ci maddə əlavə edilməsi təklif edilir. Həmin maddədə bildirilir ki, məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.
71.3-cü və 76.6.1-ci maddələrə “ona xidmət” sözlərindən əvvəl “üzürsüz səbəbdən” sözləri əlavə edilməsi təklif olunur. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.