Çin işçisinin koronavirus infeksiyasına yoluxma halını aşkar etdikdən sonra yük dövriyyəsinə görə dünyada üçüncü olan Ninbo Çjouşan limanında terminallardan birini bağlayıb.
Trend İnterfaks-a istinadən xəbər verir ki, mütəxəssislər bu tədbirin artıq zəifləyən ümumdünya tədarük prosesinə, eləcə də ümumilikdə qlobal ticarətə təhlükə yaradır.
Bildirilir ki, Meişan terminalında əməliyyatlar əlavə təlimatlar alanadək avqustun 12-də dayandırılıb. Limanın bütün yüklərinin təxminən 25 faizi bu terminaldan keçir.