Çin yuanı 16 aylıq maksimumu yenilədi

Çin yuanı 16 aylıq maksimumu yenilədi

Çin Xalq Bankı bu gün yuanın dollara nisbətən məzənnəsini 0,05% möhkəmləndirib.  

Beləliklə, yuanın dollara nisbətən məzənnəsi psixoloji hədd olan 6,5 səviyyəsini ötüb ki, bu da 2016-cı ilin may ayından etibarən maksimal göstəricidir.

Qeyd edək ki, mərkəzi bank yuanın məzənnəsini ardıcıl olaraq 11 ticarət sessiyası möhkəmləndirir.

Cari ilin əvvəlində Çinin baş naziri Li Ketsan bəyan edib ki, hökumət xarici ticarətin stimullaşdırılması üçün yuanın devalvasiyasına can atmır.