Çin yerli vaksinlə peyvəndlənmiş əcnəbi vətəndaşlara viza verilməsini sadələşdirir

Xəbər - Orxan Nəbiyev – Trend:

Çin yerli vaksinlə peyvəndlənmiş əcnəbi vətəndaşlara viza verilməsini sadələşdirmək qərarı verib.

AzerTimes-ın məlumatına görə, bu barədə Çinin səfirlik və konsulluqlarının dərc etdiyi bildirişlərdə deyilir.


Qeyd olunur ki, qərar 12 ölkəyə – Avstraliya, Qabon, Almaniya, İsrail, Norveç, Pakistan, ABŞ, Tailand, Filippin, Finlandiya, İsveçrə və Yaponiya vətəndaşlarına şamil olunur.