Şanxay Jiao Tonq Universitetinin çinli alimləri “Neza-Sidart” (Nezha-SeaDart) adlı yeni hibrid dron ərsəyə gətiriblər.
AzerTimes xəbər verir ki, yeni hibrit dronlar şaquli uçuş və eniş funksiyasına malikdir.
Məlumata görə, dron həm havada, həm də suyun altında əməliyyat yerinə yetirə bilir.
Dronlardan dəniz elmi tədqiqatlarında, ətraf mühitin monitorinqində, dənizdə fövqəladə axtarış və xilasetmə işlərində istifadə ediləcəyi gözlənilir.