Çin Fələstin və İsrail arasında münaqişənin daha da pisləşməsi fonunda Yaxın Şərqə altı hərbi gəmi göndərib.
AzerTimes xəbər verir ki, bu barədə Britaniyanın “Sun” qəzeti məlumat yayıb.
Məlumatda sözügedən addımın bölgədəki mövcud gərginliyin genişmiqyaslı müharibəyə çevrilə biləcəyi ehtimalına görə atıldığı bildirilib.
Qeyd edək ki, artıq ABŞ və İngiltərə öz hərbi gəmilərini İsrail sahillərinə göndərib.