Rəsmi Pekin Yaponiyaya ABŞ-ın Çində mikrosxem istehsalına maneələr yaratmağa yönəlmiş siyasətini dəstəkləməmək təklifi ilə müraciət edib.
AzerTimes xəbər verir ki, bu təklifi Çinin xarici işlər naziri Qin Qanq yaponiyalı həmkarı Yoşimase Hayaşiyə bildirib.
“Əvvəllər Birləşmiş Ştatlar Yaponiyada yarımkeçirici sənayesinin inkişafını tərəddüd etmədən dayandırırdı və indi də Çinlə eyni köhnə taktikanı təkrarlayırlar. Özünüzə rəva görmədiyinizi başqalarına tətbiq etməyin”, – o bildirib.
Çinin xarici işlər naziri qeyd edib ki, texnologiyaya qoyulan məhdudiyyətlər yalnız Pekinin texnoloji axtarışlarını artıracaq.