Çin və Hindistan Rusiya lideri Vladimir Putinə Ukraynadakı müharibəni dayandırmaq üçün təzyiqləri artırır.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Hesab edirəm ki, gördükləriniz bütün planetdəki insanların maraqlarına qarşı təcavüzün təzahürüdür. Bu təkcə Ukraynaya və xalqına yox, həm də sülh və təhlükəsizliyin qorunmasına kömək edən beynəlxalq münasibətlərin prinsiplərinə qarşı təcavüzdür. Ukraynadakı müharibə də BMT nizamnaməsinin pozulmasıdır. Rusiya isə bu nizamnaməni pozan bir nömrəli ölkədir”, – Blinken qeyd edib.