Çinə məxsus döyüş təyyarələri Hindistanın sərhəd xəttinə yaxın uçaraq gərginliyi artırıb.
AzerTimes xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat verib.
Qeyd edilib ki, Hindistan yer-hava tipli raketdən müdafiə sistemini, Çin isə haubitsa və tanklarını sərhədə yerləşdirib. Bu gərginlik iki ölkənin ictimai rəyində müharibə ritorikasını gücləndirib.
Sərhəddəki gərginliyi azaltmaq üçün iki ölkənin hərbi nümayəndə heyətləri arasında danışıqlar başlayıb.