Çin və Fransa dinc nüvə obyektlərinə silahlı hücumlara qarşıdırlar.
AzerTimes xəbər verir ki, bu barədə Çin və Fransanın birgə bəyanatında bildirilib.
“Hər iki tərəf atom elektrik stansiyalarına və digər dinc nüvə obyektlərinə silahlı hücumlara qarşıdır və Beynəlxalq Atom Enerjisi Agentliyinin dinc nüvə obyektlərinin təhlükəsizliyinin, o cümlədən Zaporojye atom elektrik stansiyasının təhlükəsizliyinin təmin edilməsində səylərin təşviqində konstruktiv rolunu dəstəkləyir”, – bəyanatda qeyd olunub.