Çin Xalq Respublikası hökuməti ABŞ-ı və digər ölkələri “SARS-CoV-2” koronavirusunun mənşəyini öyrənmək üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) apardığı araşdırmaların siyasiləşdirilməsini və təxribat istiqamətinə yönləndirilməsini dayandırmağa çağırıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ÇXR XİN-i bəyanat yayıb.
“Bir müddətdir ki, ABŞ-ın rəhbərliyi altında bəzi dövlətlərin pandemiya virusunun və mənşəyinin izlərini tapmaq məqsədi ilə aparılan araşdırmaları siyasiləşdirdiklərini davamlı olaraq izləyirik”, – sənəddə deyilir.
“Əlaqəli dövlətləri koronavirusun mənşəyini təyin etmək üçün araşdırmalarla bağlı siyasi manipulyasiyanı dayandırmağa, bu cür elmi işlərin günahı kiməsə yükləmək cəhdlərinə döndərilməsindən imtina etməyə, bu araşdırmaya qəsdən mane olmamağa çağırırıq”, – bəyanatda vurğulanır.