Çin ümid edir ki, Ermənistan və Azərbaycan ziddiyyətləri dialoq yolu ilə tənzimləyə biləcək

Rəsmi Pekin ümid edir ki, Ermənistan və Azərbaycan mövcud ziddiyyətləri dialoq yolu tənzimləyə biləcək.

Trend-in məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan deyib.

O, Çinin regionda sülhün təmin olunacağına ümid etdiyini də bildirib: “Çin ümid edir ki, tərəflər aralarındakı mövcud ziddiyyətləri və fikir ayrılıqlarını dialoq vasitəsilə tənzimləyə biləcək, regionda sülh və sabitliyi, eləcə də insanların rahatlığını birgə dəstəkləyəcəklər”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: