Çin Ukraynadakı böhranın sülh yolu ilə həllinə töhfə verməyə hazırdır – XİN başçısı

Çin hökuməti Ukraynadakı böhranın sülh yolu ilə həllinə töhfə
verməyə hazırdır.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Çin Xarici işlər
Naziri, Dövlət Şurası üzvü Van İ ispaniyalı həmkarı Xose Manuel
Albares ilə telefon danışığı zamanı bildirib.

Onun sözlərinə görə, beynəlxalq aləmdə ayrı-ayrı qüvvələr
Ukrayna böhranı ilə bağlı Çin tərəfinin obyektiv və ədalətli
mövqeyini ləkələməyə çalışırlar.

“Çin həmişə digər dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə
hörmət edilməsini, habelə BMT Nizamnaməsinin müddəalarına və
prinsiplərinə hörmət prinsiplərinə sadiqdir. Çin böhranda tərəf
kimi çıxış etmir və sanksiyaların ölkəyə əks olunmasını qətiyyən
istəmir”, – çinli nazir vurğulayıb.

Teqlər: